Bakı. Trend:
Kolumbiyanın Kauka departamentindəki Pan-Amerikan şossesində baş verən partlayış nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə bölgənin qubernatoru Oktavio Qusman "X" sosial şəbəkəsində yazıb.
"Bu günə qədər beş azyaşlı da daxil olmaqla 14 nəfərin ölməsi və 38-dən çoxunun yaralanması məlumat veririk", - deyə o bildirib.
O. Qusman bələdiyyədə baş verən hadisəni "mülki əhaliyə qarşı ayrı-seçkilik edilməyən hücum" adlandırıb. O, partlayıcı qurğunun çoxlu sayda insan magistral yolda olarkən partladıldığını və "humanitar fəlakətə" səbəb olduğunu bildirib.
Qubernator bölgənin terror fəaliyyətinin kəskin şəkildə artdığını vurğuladı: son saatlarda El Tambo, Kaloto, Popayan, Quaçen, Merkaderes və Miranda şəhərlərində də hücumlar və toqquşmalar qeydə alınıb.