İran Silahlı Qüvvələri ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdar edib

Dünya xəbərləri Materials 26 Aprel 2026 03:19 (UTC +04:00)
İran Silahlı Qüvvələri ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdar edib

Bakı. Trend:

İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparan bölməsi olan Mərkəzi Qərargahı (“Xatəm əl-Ənbiya” - hava hücumundan müdafiə qüvvələrinin qərargahı) ABŞ-yə Hörmüz boğazındakı dəniz blokadası ilə bağlı sərt xəbərdarlıqlar edib.

Trend-in məlumatına görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Mərkəzi Qərargahın məlumatında deyilir: “Əgər təcavüzkar Amerika ordusu bölgədə mühasirəni və piratçılığı davam etdirərsə, onlar güclü İran Silahlı Qüvvələrinin cavab zərbələri ilə qarşılaşacaqlarına əmin olmalıdırlar. İran Silahlı Qüvvələri ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əvvəlki dövrlərə nisbətən daha güclü və daha hazırlıqlıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti