Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik - Ukrayna Prezidenti

Siyasət Materials 25 Aprel 2026 14:20 (UTC +04:00)
Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik - Ukrayna Prezidenti
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik. Biz bu məqsədə nail olmaq üçün çox çalışmalıyıq.

Trend xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

“Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı, həmçinin istərdik ki, Azərbaycanda aparaq”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti