İsrail ordusu Livanın cənubuna zərbələr endirib

Dünya xəbərləri Materials 24 Aprel 2026 13:49 (UTC +04:00)
İsrail ordusu Livanın cənubuna zərbələr endirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu ötən gecə ölkənin şimalına hədəflənmiş raket atəşinə cavab olaraq Livanın cənubundakı iki bölgədə “Hizbullah” hərəkatına məxsus hərbi obyektlərə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bildirilib ki, zərbələr “Livanın cənubundakı Xerbet-Selem və Tulin bölgələrində yerləşən ‘Hizbullah’a məxsus hərbi infrastruktur obyektlərinə” endirilib.

“IDF İsrail vətəndaşlarına və əsgərlərinə qarşı təhdidlərə qarşı qətiyyətli addımları davam edəcək”, – IDF mətbuat xidmətinin açıqlamasında vurğulanıb.

Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2 martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ın İsrailə raket hücumları ilə genişlənib. Son məlumatlara görə, İsrailin genişmiqyaslı hava və quru əməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1 milyondan çox insan köçkün düşüb. İsrail isə minlərlə "Hizbullah" döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. "Hizbullah" isə İsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti