Azərbaycan-Çexiya Müdafiə nazirlikləri "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb (FOTO)

Siyasət Materials 24 Aprel 2026 13:32 (UTC +04:00)
Azərbaycan-Çexiya Müdafiə nazirlikləri "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Çex respublikalarının Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə "İkitərəfli hərbi əməkdaşlıq danışıqları" keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb və müxtəlif sahələr üzrə brifinqlər təqdim edilib.

Danışıqların yekununda tərəflər arasında 2026-cı il üçün "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.
Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra xatirə fotosu çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti