Bakı. Trend:
Xaricdə törədilməsi ehtimal olunan cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı qanunvericilik təkmilləşdiriləcək.
Trend-in əldə etdiyi məlumata görə, Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.
Cinayət-Prosessual Məcəlləyə əsasən, xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.
Yeni qərara görə isə, təqsirləndirilən şəxs Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata alınmadığı halda xaricdə törədilməsi ehtimal olunan cinayətə dair işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Cinayət-Prosessual Məcəllənin yuxarıdakı maddəsinin təkmilləşdirilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib.
