Bakı.Trend:
ABŞ-nin şimal ştatı olan Oklahomada güclü tornado nəticəsində azı 10 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə ABŞ telekanalı məlumat yayıb.
Məlumata görə, güclü qasırğa ən çox Qarfild rayonunda dağıntılara yol açıb. Eyni zamanda ABŞ-nin Silahlı Qüvvələrinin Vens bazasına müəyyən ziyanın dəydiyi bildirilir.
Fövqəladə xidmətlər axtarış-xilasetmə əməliyyatını davam etdirir.
