Bakı. Trend:
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT-nin Hüquqi Məsələlər Ofisində olub.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi X sosial şəbəkəsində paylaşım edib.
Məlumata əsasən, Tofiq Musayev, Azərbaycan adından BMT-nin "Vasitəçilik yolu ilə əldə edilmiş mübahisələrin həlli ilə bağlı beynəlxalq müqavilələr haqqında Konvensiyası"nı imzalayıb.
Bildirilib ki, konvensiya 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul edilib.
