Orta Dəhliz getdikcə daha böyük önəm qazanır - Kuanış Keskinbayev

İqtisadiyyat Materials 23 Aprel 2026 12:51 (UTC +04:00)
Orta Dəhliz getdikcə daha böyük önəm qazanır - Kuanış Keskinbayev
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı.Trend:

Orta Dəhliz hazırda getdikcə daha böyük önəm qazanır, çünki ciddi fasilələr olmadan fəaliyyət göstərən marşrutlardan biridir.

Trend xəbər verir ki, bunu “KMQ Kaşaqan B.V.” MMC-nin kommersiya məsələləri üzrə baş direktor müavini Kuanış Keskinbayev bildirib.

“Qazaxıstan neftinin ixracı üçün bu dəhlizin ötürücülük qabiliyyəti 5 milyon tona qədərdir və həcmlərin artırılmasına ehtiyac yarandığı halda əlavə limanlara, tanker gəmilərinə və əlaqəli infrastrukturun inkişafına investisiya qoyulmalıdır”, — deyə o qeyd edib.

Onun sözlərinə görə, bu marşrut üzrə daşınma xərcləri adətən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi ilə müqayisədə daha yüksəkdir, lakin Azərbaycan neftinin daha yüksək qiyməti bu fərqi qismən kompensasiya edir.

“Xalis ixrac gəlirliliyi baxımından tariflərdə görünən fərq reallıqda daha kiçik ola bilər. Bununla belə, CPC tam əlçatan olduğu hallarda çox vaxt ən sərfəli marşrut olaraq qalır”, — deyə Keskinbayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti