Bu marşrut nağdsız ödəniş sisteminə keçir

Cəmiyyət Materials 23 Aprel 2026 18:12 (UTC +04:00)
Bu marşrut nağdsız ödəniş sisteminə keçir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 140A nömrəli şəhərətrafı müntəzəm marşrutda da ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərir. Lökbatan qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirən marşrut üzrə 12 avtobus 10 dəqiqə intervalla sərnişinlərin xidmətindədir.

Aprelin 25-dən marşrutda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Avtobuslarda gedişhaqqı 0,70 AZN müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti