Bakı.Trend:
Goranboy rayonunda kəsici-deşici alətlə xəsarət yetirilib.
Trend-in məlumatına görə, rayon sakini, 46 yaşlı kişi kəsici-deşici alətlə xəsarət alıb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası, 46 yaşlı Aynur Ələsov saxlanılıblar.
Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.
