Bakı. Trend:
Bu ilin aprelin 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 37,9%-i “AA” reytinqli (ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz bəndi çox) olub.
Trend Bu barədə ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə fond “AAA” reytinqli alətlərin xüsusi çəkisini 46,5%-dən 23,4%-ə endirib.
Əvəzində fond “A” reytinqli alətlərin xüsusi çəkisini 17,3%-dən 25,9%-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə 0,4%-dən 0,8%-ə yüksəldib.
Bundan başqa, fond “BBB” reytinqli alətlərin xüsusi çəkisini 12,4%-dən 12,2%-ə endirib.
Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 125,7%-i 0-1 il, 30,9%-i 1 ildən 3 ilədək, 28,7%-i 3-5 il, 24,7%-i 5 ildən artıq müddətə yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq 15%, 32,8%, 24,7% və 27,5% təşkil edib.
