Gürcüstanın Azərbaycandakı səfiri Acarıstan hökumətinin rəhbəri vəzifəsinə namizəd göstərilib

Dünya xəbərləri Materials 23 Aprel 2026 20:16 (UTC +04:00)
Gürcüstanın Azərbaycandakı səfiri Acarıstan hökumətinin rəhbəri vəzifəsinə namizəd göstərilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkənin Azərbaycandakı hazırkı səfiri Zurab Pataradzeni Acarıstan Acarıstan Muxtar Respublikası hökumətinin sədri vəzifəsinə namizəd kimi təqdim edib.

Trend xəbər verir ki, bu barədə Mixeil Kavelaşvili bugünkü brifinqdə məlumat verib.

Pataradzenin namizədliyi Acarıstan Ali Şurasının səs çoxluğu ilə təsdiqlənməlidir.

Kavelaşvilinin sözlərinə görə, Pataradze dövlət qulluğu və diplomatik fəaliyyət sahəsində böyük təcrübəyə malikdir.

“Zurab Pataradze uzun illər diplomatik xidmətdə səmərəli çalışıb və beynəlxalq arenada Gürcüstanın maraqlarını layiqincə müdafiə edib. O, Acarıstanın yerli sakinidir, regionun ehtiyaclarını və potensialını yaxşı bilir”, — deyə Gürcüstan Prezidenti vurğulayıb.

Pataradze 2018-ci ilin avqustundan etibarən Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsini tutur. O, 2016–2018-ci illərdə də Acarıstan hökumətinə rəhbərlik edib. Diplomat müxtəlif illərdə Gürcüstanın Qazaxıstan və Türkiyədəki səfiri, həmçinin İstanbulda baş konsul kimi fəaliyyət göstərib.

O həmçinin Gürcüstan Xarici İşlər Nazirliyinin konsulluq xidmətində çalışıb, 1990-cı illərdə isə Acarıstan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin mərkəzi aparatında və Batumidə bank sektorunda işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti