Bakı. Trend:
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış Niyyət Bəyannaməsi ikitərəfli münasibətlərin inkişafında mühüm bir mərhələ təşkil edir.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" hesabında paylaşım edib.
"Bəyannamə ərzaq təhlükəsizliyinin təmini, kənd təsərrüfatı məhsullarının ticarətinin genişləndirilməsi, tədqiqat və araşdırma fəaliyyətlərinin dərinləşdirilməsi, insan resurslarının inkişafı, heyvandarlıq sektoru və tərəflər arasında qarşılıqlı razılaşdırılmış digər prioritet sahələrdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Niyyət Bəyannaməsi gələcək əməkdaşlıq üçün dayanıqlı və səmərəli tərəfdaşlığın möhkəm hüquqi-siyasi əsasını təşkil etməklə, iki ölkə arasında kənd təsərrüfatı sahəsindəki əlaqələrin daha da dərinləşməsinə zəmin yaradır", - paylaşımda qeyd edilib.
