Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlığı müzakirə edilib (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 23 Aprel 2026 17:23 (UTC +04:00)
Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlığı müzakirə edilib (FOTO) (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri, Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında həyata keçirilən layihələrin iqtisadi əməkdaşlığın gücləndirilməsində əhəmiyyəti qeyd olunub.

Tərəflər qarşılıqlı sərmayələrin və ticarət dövriyyəsinin artırılması, birgə investisiya və infrastruktur layihələrinin icrası, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti