ABŞ İranın dəniz blokadası çərçivəsində 30-dan çox gəmini saxlayıb (FOTO)

Dünya xəbərləri Materials 23 Aprel 2026 09:41 (UTC +04:00)
ABŞ İranın dəniz blokadası çərçivəsində 30-dan çox gəmini saxlayıb (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İranın dəniz blokadasının tətbiq olunduğu müddət ərzində 30-a yaxın gəmini saxlayıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi "X" səhifəsində məlumat yayıb.

“ABŞ qüvvələri İrana qarşı blokada çərçivəsində 31 gəmini saxlayaraq onları çıxdıqları limana geri istiqamətləndirib”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşı tətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti