Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil - İran XİN

Dünya xəbərləri Materials 23 Aprel 2026 22:28 (UTC +04:00)
Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil - İran XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın nüvə proqramı məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

Onun sözlərinə görə, əvvəlki danışıqlar raundlarında müzakirə İranın nüvə proqramına yönəlmişdi, lakin hazırkı vəziyyətdə bu mümkün deyil. Nazirlik nümayəndəsi vurğulayıb ki, əsas mövzu münaqişəyə Tehranın maraqlarına cavab verən şəkildə son qoymaqdır.

Bəqayi qeyd edib ki, danışıqlar mövzuları da vəziyyətdən asılı olaraq dəyişəcək. O bildirib ki, İran üçün sanksiyaların aradan qaldırılması, kompensasiya və hücumlara son qoyulması məsələlərinin istənilən razılaşmaya daxil edilməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti