Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə İsrail və Livanın Vaşinqtondakı səfirləri Yehiel Laiter və Nada Hammad-e-Mouavad arasında yeni məsləhətləşmələr mərhələsi keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalının və İsrail Televiziyasının 12-ci Kanalının müxbiri Barak Ravid məlumat verib.
"ABŞ rəsmisinin sözlərinə görə, Prezident Tramp bu günortadan sonra Ağ Evdə İsrail və Livan səfirlərini ikinci danışıqlar raundu üçün qarşılayacaq", - deyə o "X" sosial şəbəkəsində yazıb.