"SOCAR Trading" Bakıda enerji birjasının keçirilməsini təklif edir

Energetika Materials 23 Aprel 2026 15:26 (UTC +04:00)
"SOCAR Trading" Bakıda enerji birjasının keçirilməsini təklif edir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

"SOCAR Trading" Bakıda enerji birjasının yaradılmasını təklif edir.

Trend xəbər verir ki, bu barədə "SOCAR Trading" şirkətinin orta distillatlar üzrə baş treyderi Anar Həbib Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya neft ticarəti və logistikası forumunda bildirib.

""Xəzər Neft Kəməri Konsorsiumu" (CPC) neft kəməri daim geosiyasi münaqişələrlə bağlı risklərə məruz qalır. Və təbii ki, CPC vasitəsilə tələb olunan həcmlərin nəqlini təmin etmək üçün hasilat həcmlərini vaxtaşırı tənzimləmək zərurəti yaranır. Xəzər regionunda treyderlər, satıcılar və alıcılar arasında uzun müddətdir müzakirə olunan mövzulardan biri də bu bölgədə effektiv hedcinq mexanizminin yaradılmasıdır. Ola bilsin ki, bu gün bir qədər futuristik səslənən bir ideyanı dilə gətirirəm, lakin hər belə ideyanın reallaşmaq üçün öz zamanı olur. Buna görə hesab edirəm ki, müəyyən mərhələdə Bakıda əmtəə-birja platformasının – əmtəə və ya enerji birjasının yaradılması mümkün olacaq", – deyə o bildirib.

Onun sözlərinə görə, belə bir layihə Londonda fəaliyyət göstərən mövcud - məsələn ICE kimi birjalarla birgə müəssisə formatında, "JPMorgan Chase" və "Goldman Sachs" kimi aparıcı qlobal bankların dəstəyi ilə həyata keçirilə bilər.

“Əminəm ki, onlar Bakıda belə bir təşəbbüsün bir hissəsi olmaqdan məmnun olardılar”, – deyə A. Həbib əlavə edib.

“Caspian Pipeline Consortium (KTK) neft kəməri daim geosiyasi münaqişələrlə bağlı risklərə məruz qalır. Və təbii ki, KTK vasitəsilə tələb olunan həcmlərin nəqlini təmin etmək üçün hasilat həcmlərini vaxtaşırı tənzimləmək zərurəti yaranır. Xəzər regionunda treyderlər, satıcılar və alıcılar arasında uzun müddətdir müzakirə olunan mövzulardan biri də bu bölgədə effektiv hedcinq mexanizminin yaradılmasıdır. Ola bilsin ki, bu gün bir qədər futuristik səslənən bir ideyanı dilə gətirirəm, lakin hər belə ideyanın reallaşmaq üçün öz zamanı olur. Buna görə hesab edirəm ki, müəyyən mərhələdə Bakıda əmtəə-birja platformasının – əmtəə və ya enerji birjasının yaradılması mümkün olacaq”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti