Ermənistan ərazisində Azərbaycanın mədəni irsinin silinməsi tarixi həqiqətləri aradan qaldırmaq məqsədi daşıyır – Şərh (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2026 14:48 (UTC +04:00)
Ermənistan ərazisində Azərbaycanın mədəni irsinin silinməsi tarixi həqiqətləri aradan qaldırmaq məqsədi daşıyır – Şərh (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi dairələr tərəfindən azad edilmiş ərazilərdə guya “erməni irsinin dağıdılması” ilə bağlı səsləndirilən iddialar reallıqdan uzaqdır və məqsədli şəkildə həqiqətlərin təhrifinə xidmət edir. Bu cür yanaşmalar regionda baş vermiş faktiki vandalizm aktlarını ört-basdır etmək cəhdindən başqa bir şey deyil.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Günay Ağamalı deyib.

Millət vəıkili bildirib ki, Azərbaycanın işğal altında qalmış ərazilərində otuz il ərzində həyata keçirilən dağıntılar danılmaz faktlarla sübuta yetirilib:

“Söhbət bütöv bir mədəni irsin sistemli şəkildə məhv edilməsindən gedir. Yüzlərlə tarixi və dini abidələr dağıdılıb, talan olunub, mənimsənilərək saxtalaşdırılıb. Bütün bunlar məqsədyönlü siyasətin açıq ifadəsidir.

İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan məzarlıqları dağıdılıb, qəbirlər qazılıb, baş daşları sındırılıb və oğurlanıb. Xalqımızın mənəvi yaddaşına qarşı yönəlmiş barbarlıq və vandalizm tariximizi silməyə, izimizi yox etməyə və kimliyimizi məhv etməyə yönələn cinayətdir.

Məscidlərimizdə heyvan saxlanılması dini dəyərlərə qarşı ən ağır təhqir forması, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Bu faktlar illərdir foto və video materiallarla təsdiqlənir”.

Deputatın sözlərinə görə, digər mühüm məqam indiki Ermənistan ərazisində Azərbaycanın tarixi-dini irsinin, demək olar ki, tamamilə silinməsi həmin torpaqların tarixən Azərbaycana məxsus olmasının izlərini aradan qaldırmaq məqsədi daşıyır:

“Tarixi mənbələr, arxiv sənədləri və xəritələr göstərir ki, İrəvan xanlığı başda olmaqla bu ərazilər Azərbaycana məxsus olub. İrəvan şəhərində və ətraf bölgələrdə mövcud olmuş çoxsaylı məscidlər, karvansaralar, qəbiristanlıqlar və digər memarlıq abidələri yetərli sübutudur.

XIX əsrdə Azərbaycana qarşı baş verən proseslər və Azərbaycanlıların köçürülmə siyasəti demoqrafik tərkibinin süni şəkildə dəyişdirilməsi, sonrakı dövrlərdə isə Azərbaycan izlərinin sistemli şəkildə silinməsi tarixin yaddaşına edilən qəsddir”.

Günay Ağamalı əlavə edib ki, Qafqaz Albaniyasına məxsus dini abidələrin mənimsənilərək “erməniləşdirilib". Orijinal izlərin dəyişdirilməsi, yazıların silinməsi və saxtalaşdırılması barbarlğın, vandalizmin, terrorun davamıdır.

“Bütün bu faktlar onu deməyə əsas verir ki, Ermənistan tərəfindən həyata keçirilən siyasət fiziki dağıntılarla məhdudlaşmayıb, eyni zamanda Azərbaycan xalqının tarixi izini silməyə, mədəni kimliyini zəiflətməyə və gələcək nəsillərin yaddaşını təhrif etməyə yönəlib.

Bu mövzuda materiallar beynəlxalq ictimaiyyətə konkret faktlarla çatdırılır. Rəsmi hesabatlar, peyk görüntüləri, foto və video sübutlar vasitəsilə həqiqətlərin göstərilməsi olduqca əhəmiyyətli yanaşmadır. Faktlar yetəri qədərdir. Sözügedən faktları görməməzlikdən gəlmək mümkünsüzdür”, - deyə o fikrinə yekun vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti