Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq

Cəmiyyət Materials 23 Aprel 2026 02:30 (UTC +04:00)
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq

Bakı. Trend:

Bu gün Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/6 kV-luq "Karxana-601" yarımstansiyasından çıxan 6 kV-luq 18 saylı şəhər hava xəttində təmir işləri aparılacaq.

Bu barədə Trend-ə "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhərin 20 Yanvar və Nəriman Nərimanov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra yaşayış əraziləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti