Bakı.Trend:
Çernobıl faciəsindən sonra təxminən 2 mindən çox azərbaycanlı uşaq müxtəlif xəstəliklərlə dünyaya gəlib.
Trend xəbər verir ki, bunu “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov deyib.
Onun sözlərinə görə, faciənin nəticələrinin aradan qaldırılması üçün 8 min 500-dən artıq azərbaycanlı prosesə cəlb olunub:
“Çernobıl faciəsi XX əsrin ən böyük fəlakətlərindən biri hesab olunur. Bu hadisə yüz minlərlə insanın yüksək dozada radiasiyaya məruz qalmasına səbəb olub və təxminən 350 min nəfər radioaktiv çirklənmiş ərazilərdən köçmək məcburiyyətində qalıb”.
Xatırladaq ki, 1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında baş verən Çernobıl faciəsindən 40 il ötür.
