“Dərinsulu Günəşli”dən indiyədək neft-qaz hasilatının həcmi açıqlanıb

Energetika Materials 22 Aprel 2026 11:34 (UTC +04:00)
“Dərinsulu Günəşli”dən indiyədək neft-qaz hasilatının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Dərinsulu Günəşli” platforması istismara verildiyi tarixdən indiyədək 91,5 milyon ton neft, 19,6 milyard kubmetr qaz hasil edilib.

Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

"Azəri-Çıraq-Günəşli" yatağının işlənməsinin 3-cü fazası olan “Dərinsulu Günəşli” platformasının istifadəyə verilməsindən 18 il ötür.

Qeyd edək ki, “Əsrin müqaviləsi” çərçivəsində AÇG yatağının işlənməsinin 3-cü fazası olan “Dərinsulu Günəşli” platforması 2008-ci il aprelin 22-də istismara verilib. “Dərinsulu Günəşli” kompleksi “Günəşli” yatağının şərqində, suyun dərinliyinin 175 metr olduğu ərazidə yerləşir. Hasil edilən məhsul bu kompleksi “Azəri” yatağında yerləşən əvvəlcədən quraşdırılmış sualtı boru kəmərləri şəbəkəsinə birləşdirən 30 düymlük iki neft kəməri və 28 düymlük tək qaz kəməri ilə qurudakı Səngəçal terminalına nəql edilir.

Bundan əlavə, AÇG layihəsinin qalan hissəsindən fərqli olaraq “Dərinsulu Günəşli” işlənməsində üç sualtı suvurma quyusu quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti