Rayonlarda yağış yağacaq, şimşək çağacaq - Xəbərdarlıq

Cəmiyyət Materials 22 Aprel 2026 15:46 (UTC +04:00)
Rayonlarda yağış yağacaq, şimşək çağacaq - Xəbərdarlıq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında havanın fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti