"Kapital Bank"ın ötən ilin sonuna likvidlik örtmə əmsalı açıqlanıb

İqtisadiyyat Materials 22 Aprel 2026 10:56 (UTC +04:00)
"Kapital Bank"ın ötən ilin sonuna likvidlik örtmə əmsalı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna "Kapital Bank"ın likvidlik örtmə əmsalı 137.9% təşkil edib.

Trend xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.

“Beynəlxalq reytinqlərimizi dəstəkləyən ən həlledici faktorlardan biri də yüksək likvidlik səviyyəmizdir. Faiz qazandıran aktivlərimizin böyük hissəsi qısa və ortamüddətli kreditlərə, dövlət qiymətli kağızlarına və etibarlı istiqrazlara yatırıldığı üçün Bankımız hər zaman yüksək likvidliyə malikdir.

Sonda qeyd etmək istərdim ki, 2025-ci ilin sonuna likvidlik örtmə əmsalımız (LCR) milli valyutada 102.7%, xarici valyutada 310%, ümumilikdə isə 137.9% təşkil etmişdir. Bazel III standartlarının tələb etdiyi 100%-lik minimum həddi əhəmiyyətli dərəcədə üstələməyimiz, Bankımızın hər cür bazar şəraitinə qarşı kifayət qədər möhkəm likvidlik buferinə sahib olduğunu nümayiş etdirir”, - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti