Ötən il “Birbank” tətbiqində neçə min istifadəçi bloklanıb?

İqtisadiyyat Materials 22 Aprel 2026 11:11 (UTC +04:00)
Ötən il “Birbank” tətbiqində neçə min istifadəçi bloklanıb?
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların "Birbank" tətbiqi bloklanıb.

Trend xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin üzvü, Baş Risk inzibatçısı Ağarza Baxşiyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.

O, ötən il bank tərəfindən tətbiq edilən daha bir yeniliyi bölüşərək bildirib ki, 2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında Birbank tətbiqinin fəaliyyətinə mane olan virus aşkarlanıb.

"Virusla yoluxan cihazlarda bank tətbiqi bloklanıb. Bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısı alınıb", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti