450 çernobılçı ailə mənzillə təmin olunub - Mirhəsən Həsənov

Cəmiyyət Materials 22 Aprel 2026 12:15 (UTC +04:00)
450 çernobılçı ailə mənzillə təmin olunub - Mirhəsən Həsənov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildə təsdiqlənən Dövlət Proqramında Çernobıl əlillərinin də mənzil şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub və bu günədək 450 çernobılçı ailəsi mənzillə təmin olunub.

Trend xəbər verir ki, bunu “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov deyib.

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda xeyli azərbaycanlı çernobılçı şəhid olub. Həmçinin çernobılçıların övladlarından da 44 günlük Vətən müharibəsində iştirak edənlər olub.

“Çernobılçılar həmişə vətənpərvər olublar”, -deyə o əlavə edib.

Xatırladaq ki, 1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında baş verən Çernobıl faciəsindən 40 il ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti