Bakı. Trend:
Ermənilər tarixin heç bir dövründə sivilizasiya yaratmayıblar.
Trend xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli bu gün Bakıda "Ümumdünya Kitab və Müəllif Hüququ Günü" münasibətilə keçirilən "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların qafqaz ilə əlaqələri" mövzusunda keçirilən konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, xalqların əksəriyyəti sivilizasiyaların formalaşmasında iştirak edib:
"Ermənilər isə qədim zamanlardan səpələnmiş xalq olduqları üçün hər hansı sivilizasiyanın yaranmasında iştirak etməyiblər. Müasir reallıqları nəzərə alaraq, Nikol Paşinyanın “real Ermənistan” anlayışını qəbul edib bununla razılaşmaq Ermənistanın xeyrinədir.
Prezidentimizin apardığı sülh və təhlükəsizlik siyasəti dünyada sülhə töhfə verməklə yanaşı, Cənubi Qafqazda da sabitliyin əsasını qoyur. Bu isə region dövlətləri arasında ən çox Ermənistanın xeyrinədir".
