...

Azərbaycanın kimya sənayesi məhsulları ixracından gəlirləri məlum olub

İqtisadiyyat Materials 22 Aprel 2026 06:30 (UTC +04:00)
Azərbaycanın kimya sənayesi məhsulları ixracından gəlirləri məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 112,046 min ton kimya sənayesi məhsulları ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda kimya sənayesi məhsullarının ixracından əldə olunan gəlir 46,436 milyon ABŞ dolları olub.

Sözügedən məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 159,7 min ton və ya 2,4 dəfə, dəyər ifadəsi ilə 40,8 milyon ABŞ dolları, yaxud da 1,9 dəfə azalıb.

Kimya sənayesi məhsullarının ixracı cari ilin ilk 3 ayının ixracına nisbətən 0,86%-ni, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 5,39%-ni təşkil edib.

Bu ilin birinci rübündə kimya məhsullarından 2,4 milyon ABŞ dolları dəyərində 12,2 min ton metanol (metil spirti) ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisəə dəyər baxımından 25,8 milyon ABŞ dolları və ya 11,5 dəfə, həcm ifadəsində isə 78,5 min ton və ya 7,4 dəfə azdır.

Metanol ixracı bu ilin yanvar-mart ayları üzrə ixracın 0,05%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0,28%-ni təşkil edib.

Bundan başqa, dövr ərzində kimya məhsullarından 28,9 milyon ABŞ dolları dəyərində 81,9 min ton azot gübrəsi ixrac edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 19,1 milyon ABŞ dolları və ya 1,7 dəfə, həcm baxımından isə 9,4 min ton və yaxud 2 dəfə azdır.

Azot gübrəsi ixracı ölkənin cari ilin birinci rübü üzrə ixraca nisbətən 0,53%-ni, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 3,35%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti