...

“Hizbullah” İsrail ordusunun mövqelərini atəşə tutub

Dünya xəbərləri Materials 22 Aprel 2026 03:12 (UTC +04:00)
“Hizbullah” İsrail ordusunun mövqelərini atəşə tutub

Bakı. Trend:

“Hizbullah” Livan ərazisinə edilən hücuma cavab olaraq İsrailin şimalında yerləşən Kfar Giladi yaşayış məntəqəsi yaxınlığındakı İsrail ordusunun mövqelərini atəşə tutduğunu bəyan edib.

Trend-in məlumatına görə, bu barədə hərəkatın “Telegram” kanalında yayılan açıqlamada bildirilib.

Hərəkatın məlumatına görə, İsrail atəşkəsi 200 dəfədən çox pozub. Qeyd olunub ki, cavab olaraq “Hizbullah” döyüşçüləri Livanın cənubundakı yaşayış məntəqələrinə atəş açmaq üçün istifadə edilən Kfar Giladi yaxınlığındakı İsrail Müdafiə Qüvvələrinin artilleriya mövqeyinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.

Xatırladaq ki, aprelin 17-dən etibarən Livanda İsrail ilə 10 günlük atəşkəs qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti