Bakı. Trend:
Cənubi Koreyalı alimlər atmosferdən zərərli çirkləndiriciləri udaraq onları elektrik enerjisinə çevirən yeni cihazın prototipini hazırlayıblar. Bu yenilik iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verə bilər.
Trend xəbər verir ki, bu barədə “Energy & Environmental Science” jurnalında elmi iş dərc olunub.
İqlim dəyişikliyinə qarşı qlobal səylər fonunda atmosferdən karbon qazını udub saxlayan karbon tutma texnologiyası son zamanlar diqqət nəzər nöqtəsində olub. Lakin bu sistemlər qazın toplanması və emalı üçün əhəmiyyətli enerji sərfi tələb edir.
Bu problemi aradan qaldırmaq üçün Seulda çalışan tədqiqatçılar qazın absorbsiyası zamanı yaranan enerjini birbaşa elektrik enerjisinə çevirən yeni mexanizm hazırlayıblar.Bu yanaşma yalnız istixana qazlarını tutmaqla kifayətlənmir, onları istifadəyə yararlı enerjiyə çevirir.
“Gas Capture and Electricity Generator” (Qaz Tutma və Elektrik Generatoru) adlanan prototip cihaz karbon əsaslı elektrodların hidrogel materiallarla birləşdirildiyi strukturdan ibarətdir.
Onun tərkibinə karbon qara örtüklü tut ağacından hazırlanmış kağız elektrod və dip-örtüklü poliakrilamid hidrogel daxildir.
Alimlərin sözlərinə görə, bu struktur qazların seçici şəkildə absorbsiyasını və eyni zamanda gərginliyin yaranmasını təmin edir.
Məlumata görə, cihaz elektrik enerjisi istehsalı üçün atmosfer çirkləndiricilərini “yanacaq” kimi istifadə etməklə ətraf mühiti təmizləyir və eyni zamanda enerji təmin edir.
