Bakı. Trend:
Rusiyanın Şimali Kuril adaları yaxınlığında 4,2 bal gücündə zəlzələ qeydə alıblar.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyasından bildirilib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 10:30-da qeydə alınıb. Zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 98 kilometr şərqdə, dəniz dibinin 50 kilometr dərinliyində yerləşib.