...

Ötən ay əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

Cəmiyyət Materials 22 Aprel 2026 01:05 (UTC +04:00)
Ötən ay əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin mart ayı ərzində əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, 249 251 nəfər şəxs pensiya, 226 266 nəfər şəxs aylıq müavinət, 92 947 nəfər şəxs isə Prezident təqaüdü alıb.

Qeyd edək ki, 2025-ci ilin mart ayı ərzində əlilliyə görə 255 200 nəfərdən çox pensiya, 218 000 nəfərdən çox aylıq müavinət, 89 200 nəfərdən çox Prezident təqaüdü alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti