Bakı. Trend:
PwC şəbəkəsinin tərkibinə daxil olan qlobal strateji konsaltinqşirkəti Strategy& Azərbaycanda rəsmi fəaliyyətə başlamasınıBakıda keçirilən müştərilər üçün xüsusi tədbirlə qeyd edib. Tədbir dövlət və özəl sektorun aparıcı nümayəndələrini bir araya gətirib. Strategy&-in qlobal lideri Corc Sarraf şirkətin ölkədəfəaliyyətə başlamasını şəxsən qeyd etmək və tərəfdaşlarlagörüşlər keçirmək məqsədilə Bakıya səfər edib. Onun iştirakıAzərbaycanın şirkətin regional və qlobal prioritetləriçərçivəsində daşıdığı strateji əhəmiyyəti bir daha təsdiqləyib.
“Bu, Azərbaycana yönəlmiş məqsədyönlü investisiyadır,” – deyə o bildirib. “Biz burada güclü inkişaf dinamikası, aydınstrateji baxış və ölkənin növbəti inkişaf mərhələsini dəstəkləməküçün unikal imkan görürük. Məqsədimiz müştərilərimizlə sıxəməkdaşlıq edərək real və ölçülə bilən nəticələr əldə etməkdir”.
Tədbir çərçivəsində, həmçinin, Strategy&-in Azərbaycandakıfəaliyyətinə rəhbərlik edəcək Dmitri Kryvozyatev təqdimolunub. Bu addım şirkətin ölkədə davamlı və yerli iştirakınıtəmin etməklə, dövlət və özəl sektor müştərilərinə daha çevik vəyaxın dəstək göstərməsinə imkan yaradacaq.
Tədbirdə çıxış edən Azərbaycan Dəmir Yolları QSC-nin sədrmüavini cənab Arif Ağayev və PASHA Holding-in baş iqtisadçısı Elman Eminov ölkənin iqtisadi perspektivlərivə milli prioritetlərin həyata keçirilməsində strateji əməkdaşlığınroluna dair fikirlərini bölüşüblər.
Salamlama nitqləri ilə çıxış edən PwC Azərbaycanın ölkə üzrəidarəedici partnyoru Şaukat Tapia və Avrasiya regionuüzrə lider xanım Dana İnkarbekova isə bu təşəbbüsün PwC-ninAzərbaycana və müştərilərinə uzunmüddətli sadiqliyinin, eləcədə ölkənin inkişaf perspektivlərinə olan inamının barizgöstəricisi olduğunu vurğulayıblar.
Strategy&-in Azərbaycanda fəaliyyətə başlaması ölkənintransformasiya gündəliyinə töhfə vermək məqsədi daşıyır. Şirkətmilli çempionlar, dövlət qurumları və aparıcı özəl sektortəşkilatları ilə sıx əməkdaşlıq edərək mürəkkəb çağırışların idarəolunmasına, iqtisadi şaxələndirmənin sürətləndirilməsinə, rəqabət qabiliyyətinin artırılmasına və davamlı, uzunmüddətlidəyərin yaradılmasına dəstək göstərməyi hədəfləyir.
PwC şəbəkəsinin bir hissəsi olan Strategy& yüz ildən artıqstrateji məsləhət təcrübəsini özündə birləşdirərək qlobal baxışıregional ekspertiza və yerli biliklərlə tamamlayır. Şirkətin“strategiyadan icraya” yanaşması ambisiyaların konkret vəölçülə bilən nəticələrə çevrilməsini təmin edir.
Strategy&-in Azərbaycanda təsis olunması şirkətin bazara vəmüştərilərinə uzunmüddətli öhdəliyini əks etdirir. Bu addımölkənin potensialına olan inamın, eləcə də onun davamlıinkişafını dəstəkləmək üçün zəruri bilik, tərəfdaşlıq