...

Yunanıstan Azərbaycandan təbii qaz idxalını artırıb

Energetika Materials 20 Aprel 2026 19:48 (UTC +04:00)
Yunanıstan Azərbaycandan təbii qaz idxalını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Yunanıstana 71,674 milyon ABŞ dolları dəyərində 174,937 milyon kubmetr təbii qaz ( o cümlədən, qaz şəklində) ixrac olunub.

Bu haqda Trend-ə Azərbaycanın Dövlət Statistika Komitəsindən bildiriblər.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,661 milyon ABŞ dolları və ya 2,3 faiz azalıb, fiziki həcm baxımından isə 40,809 milyon kubmetr və ya 30,4 faiz artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr (qaz halında) təbii qaz ixrac olunub . Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azdır, fiziki həcm baxımından isə 193,7 milyon kubmetr və ya 4,6% artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti