Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Tunisə 94,5 milyon ABŞ dollar dəyərində bitumlu süxurlardan əldə olunmuş 183,7 min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici 2025-ci ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə dəyər ifadəsində 57,1 milyon ABŞ dolları və ya 2,5 dəfə çoxdur, həcm baxımından isə 119,5 min ton və ya az qala 3 dəfə artıqdır.
Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında Azərbaycandan Tunisə 37,4 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 64,2 min ton xam neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% , fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.
