...

Bakıda ürəyi dayanan şəxs son anda xilas edildi (VİDEO)

Cəmiyyət Materials 20 Aprel 2026 17:22 (UTC +04:00)
Bakıda ürəyi dayanan şəxs son anda xilas edildi (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial mediada xəstəxananın həyətində ürəyi dayanan kişiyə tibb personalı tərəfindən həyətdə ilkin müdaxilə edildiyini əks etdirən görüntülər yayılıb.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, vətəndaşa ilkin yardımın göstərilməsi görüntüləri Mərkəzi Neftçilər Xəstəxanasının həyətində qeydə alınıb.

Məlumata görə, ictimai nəqliyyatda (avtobusda) vəziyyəti qəfil pisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafındakı insanların köməkliyi ilə 19.04.2026-cı il tarixində saat 19:50 radələrində yaxınlıqda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

"Hadisə zamanı vətəndaşa ilk tibbi müdaxilə xəstəxananın həyətində göstərilib. Təcili olaraq kardiopulmonar reanimasiya (CPR) - ürəyin qapalı masajı başlanılıb, venadaxili adrenalin tətbiq edilib və pasiyent intubasiya olunaraq xəstəxananın qəbul şöbəsinə yerləşdirilib.

Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya), ağciyər-ürək çatışmazlığı, ürək dayanmasından sonrakı vəziyyət diaqnozları təyin olunan şəxsin həyatı göstərilən uğurlu müdaxilə nəticəsində xilas edilib.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti