...

Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracının həcmi məlum olub

Energetika Materials 20 Aprel 2026 23:11 (UTC +04:00)
Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracının həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 45,197 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 2,576 milyon ABŞ dolları olub.

Gürcüstana elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 228,4 milyon kVt/saat və ya 6 dəfə, dəyər ifadəsi ilə isə 13,018 milyon ABŞ dolları, yaxud 6 dəfə azalıb.

Eyni zamanda, 2026-cı ilin ilk iki ayında Gürcüstandan Azərbaycana 1,2 min ABŞ dolları dəyərində, 18 min kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21 min ABŞ dolları və ya 18,7 dəfə, həcm ifadəsində isə 327 min kVt/saat və ya 19,2 dəfə azdır.

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İran İslam respublikasına 3,923 milyon ABŞ dolları dəyərində 72,208 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 12,4 milyon ABŞ dolları və ya 4,2 dəfə, həcm baxımından isə 224 milyon kVt/saat və yaxud 4,1 dəfə azdır.

Bundan başqa, bu ilin ilk iki ayında Azərbaycan sözügedən ölkələrdən 619 min ABŞ dolları dəyərində 16,452 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 38 min ABŞ dolları və ya 6,5% çox, həcm ifadəsində isə 2,6 milyon kVt/saat və ya 13,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti