...

AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır

Cəmiyyət Materials 20 Aprel 2026 12:15 (UTC +04:00)
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də bəzi şöbələrin birləşdirilməsi ilə bağlı struktur dəyişiklikləri həyata keçirilir.

Trend-in əldə etdiyi məlumata görə, əsas məqsəd daha kompakt və effektiv idarəetmə sisteminin formalaşdırılmasıdır.

Məsələ ilə bağlı qurumdan bildirilib ki, həm administrativ, həm də yaradıcılıq istiqamətlərində format dəyişikliyi aparılır.

Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində bəzi şöbələr digər şöbələrlə birləşdirilir və daha güclü kadr potensialının formalaşdırılmasına üstünlük verilir.

Bildirilib ki, müasir dövrün tələbləri 10-20 il əvvəlkindən ciddi şəkildə fərqlənir.

Qurumdan əlavə olunub ki, ictimaiyyətin maarifləndirilməsi, məlumatlandırılması, mədəni təfəkkürün inkişafı və idmanın faydalarının təbliği kimi əsas istiqamətlər daha da inkişaf etdiriləcək.

“Bu dəyişikliklər nəticəsində izləyicilərə daha maraqlı və keyfiyyətli kontent təqdim olunacaq”, – deyə məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti