...

Azərbaycanda "yaşıl enerji"nin gündəlik payı 34%-i keçib

Energetika Materials 20 Aprel 2026 13:04 (UTC +04:00)
Azərbaycanda "yaşıl enerji"nin gündəlik payı 34%-i keçib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün ölkədə istehsal olunan elektrik enerjisinin 34,1 faizi bərpa olunan enerji mənbələrinin payına düşüb.

Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Belə ki, aprelin 19-da ümumilikdə 60,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun 20,7 milyon kilovat-saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub. Elektrik enerjisinin 15,6 milyon kilovat-saatı su elektrik stansiyalarında, 5,1 milyon kilovat-saatı isə günəş və külək elektrik stansiyalarında istehsal olunub.

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991 milyon kVt·st olub.

Bu dövrdə istilik elektrik stansiyalarında (İES) 6 milyard 66 milyon kVt·st, su elektrik stansiyalarında (SES) 510,5 milyon kVt·st, digər mənbələr üzrə isə 414,5 milyon kVt·st, o cümlədən külək elektrik stansiyalarında 247,7 milyon kVt·st, günəş elektrik stansiyalarında 91,3 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2 milyon kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 mln. kVt·st təşkil edib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 76,8 milyon kVt·st (İES-lərdə 5 milyard 558,6 milyon kVt·st, SES-lərdə 508,1 milyon kVt·st, GES-lərdə 10,1 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 milyon kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 milyon kVt·st, idxalı isə 35,0 milyon kVt·st olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti