...

Ucarda 15 yaşlı qız ana olması ilə bağlı araşdırma aparılır

Hadisə Materials 20 Aprel 2026 15:16 (UTC +04:00)
Ucarda 15 yaşlı qız ana olması ilə bağlı araşdırma aparılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında müvafiq araşdırmalara başlanılıb.

Bu barədə Trend-in soğrusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Bildirilib ki, yerli icra hakimiyyəti orqanının təqdim etdiyi məlumata əsasən, yetkinlik yaşına çatmayan şəxs və yeni doğulmuş körpə hazırda tibb müəssisəsindədir, onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

"Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir və nəticəsindən asılı olaraq yeniyetmənin valideynlərinin məsuliyyəti məsələsinə hüquqi qiymət veriləcəkdir.

Bununla yanaşı, yetkinlik yaşına çatmayan şəxsin və körpənin hüquqlarının qorunması, onların sosial və psixoloji dəstəklə təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

xxx
14:28

Ucar rayonunda azyaşlının ana olması faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumat əsasında Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb və hazırda istintaq tədbirləri davam etdirilir.

Məlumata əsasən, aprelin 14-ü saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə qız doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Müayinələr zamanı ona 31-32 həftəlik hamiləlik diaqnozu qoyulub.

Bildirilib ki, pasiyent həmin gün saat 20:20 radələrində cinsi kişi olan, çəkisi 1900 qram, boyu 44 santimetr olan körpə dünyaya gətirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti