...

Azərbaycandan Serbiyaya təbii qaz ixracının həcmi məlum olub

Energetika Materials 20 Aprel 2026 19:19 (UTC +04:00)
Azərbaycandan Serbiyaya təbii qaz ixracının həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Serbiyaya 25,242 milyon ABŞ dolları dəyərində 69,279 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 21,3 milyon dollar və ya 1,8 dəfə, həcminə görə isə 25,5 milyon kubmetr və ya 1,4 dəfə azalıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 265 milyon ABŞ dolları və ya 17,1% az, həcm baxımından isə 193,7 milyon kubmetr və ya 4,6% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti