...

Həcc ziyarətinə gedəcək ən yaşlı və balaca zəvvarlar kimdir?

Cəmiyyət Materials 20 Aprel 2026 12:43 (UTC +04:00)
Həcc ziyarətinə gedəcək ən yaşlı və balaca zəvvarlar kimdir?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Həcc ziyarəti üçün qeydiyyatdan keçənlərin 30 faizi qadın, 70 faizi kişilərdir.

Bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, zəvvarlar arasında iki azyaşlı uşaq da var:

"Bu il sənəd verənlər arasında 2016-cı il təvəllüdlü iki uşaq da var. Bu uşaqlar ən balaca zəvvarlarımızdır. Biri qız, biri oğlandır. Ən yaşlı zəvvarımız isə 1946-cı il təvəllüdlü qadındır", o, bildirib.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu aprelin 17-də dayandırılıb. Ziyarət üçün ilk uçuş mayın 17-də təşkil ediləcək. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti