...

“Rabitəbank” ASC ən çox şikayət olunan banklar siyahısında yer aldı

İqtisadiyyat Materials 20 Aprel 2026 13:19 (UTC +04:00)
“Rabitəbank” ASC ən çox şikayət olunan banklar siyahısında yer aldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mart ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, hesabat ayı ərzində “Rabitəbank” ASC ən çox şikayət olunan bankların siyahısında 8-ci yerdə qərarlaşıb.

Belə ki, 1,24 indeksi ilə “Rabitəbank” ASC orta şikayət indeksində mövqelənib.

“İndeks hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanıb”, - Mərkəzi Bankın məlumatında bildirilib.

Qeyd edək ki, Rabitəbank 1993-cü ildə fəaliyyətə başlayıb. Bankın İdarə Heyətinin sədri Aydın Hüseynov, Müşahidə Şurasının sədisə Zakir Nuriyevdir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6%-i Rauf Əliyevə, 34,64%-i Validə Abbasovaya, 13,51%-i Zakir Nuriyevə, 9,11%-i isə Dilarə Nuriyevaya, 4,14%-i isə digər hüquqi və fiziki şəxslərə, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lərə, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC-yə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti