...

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya xəbərləri Materials 20 Aprel 2026 12:33 (UTC +04:00)
Yaponiyada sunami xəbərdarlığı elan olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın şimal-şərq sahilində yaşayan sakinlərə mümkün sunami barədə xəbərdarlıq edilib.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bir müddət əvvəl Yaponiya adasının şimalında yerləşən Aomori prefekturasında 7,5 maqnitudalı zəlzələ baş verib. Bildirilir ki, ilk dalğalar yaxın vaxtlarda sahilə çata bilər. Dalğanın hündürlüyünün 3 metrə qədər çata biləcəyi deyilir. Xüsusi risk zonasında İvate, Aomori və Miyagi prefekturaları, eləcə də Hokkaydo adasının cənub hissəsi yerləşir.

Bundan 2 gün əvvəl (18 apreldə) Yaponiyanın Naqano prefekturasında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanların maksimal gücü Yaponiyada qəbul edilən yeddibal şkalaya əsasən 5+ səviyyəsində olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Heç kim xəsarət almayıb, dağıntı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti