...

Qurultay türkçülük ideyasının inkişafında mühüm mərhələdir - Şahin Mustafayev

Siyasət Materials 19 Aprel 2026 12:18 (UTC +04:00)
Qurultay türkçülük ideyasının inkişafında mühüm mərhələdir - Şahin Mustafayev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birinci Türkoloji Qurultayı 1926-cı ildə Bakıda baş tutub və Türk dünyasının tarixində xüsusi yer tutan mühüm hadisələrdən biri hesab olunur. Bu qurultayın əhəmiyyətini daha dolğun anlamaq üçün onun keçirildiyi dövrün siyasi və tarixi reallıqları, həmçinin mövcud şərait mütləq nəzərə alınmalıdır.

Trend xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına" mövzusunda panel iclasda çıxışı zamanı səsləndirib.

"Qurultay türkçülük ideyasının inkişafında mühüm mərhələdir. Türk tarixində ilk dəfə olaraq bu qurultay çərçivəsində Sibirdən Krıma, Anadoludan digər geniş coğrafiyalara qədər yaşayan türk xalqlarının nümayəndələri bir araya gəldilər. Onlar ortaq mədəniyyət, dil, tarix və gələcəklə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı əldə etdilər. Bununla yanaşı, türkçülük ideyasının inkişafı və Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul olundu", – deyə Şahin Mustafayev bildirib.

Xəbər lenti

Xəbər lenti