Bakı. Trend:
Son dörd ildə sahəvi tələbləri nəzərə alaraq səhiyyə sahəsində 20-dən çox yeni sistem və informasiya resursu formalaşdırılıb.
Trend xəbər verir ki, bunu səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov Tibbi Rəqəmsal Əkiz Sisteminin təqdimat mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, onların arasında bir neçəsi ölkə miqyaslı mühüm rəqəmsallaşma layihələri (E-resept, Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi, E-epikriz, E-bülleten, Donorlar, resipiyentlər və donor orqanlarının vahid dövlət informasiya sistemi və digərləri uğurla tamamlanıb istifadəyə verilib:
"Tibbi Rəqəmsal Əkiz Sistemi 2007-ci ildə yaranmış Elektron Sağlamlıq Kartı Sistemi əsasında formalaşıb. Tibbi məlumatların fasiləsiz mübadiləsi üçün bu sahədə təsdiqlənmiş beynəlxalq HL7 FHİR standartı əsasında klinik sahələri əhatə edən 91 milli FHİR profili hazırlanmışdır: o cümlədən sağlamlıq qeydləri, diaqnozlar, tibbi prosedurlar, laboratoriya testləri, klinik qeydlər, radioloji görüntülər, immunizasiya və digərləri).
Azərbaycan Qafqaz və Mərkəzi Asiya regionunda Qərbi Avropa ölkələri ilə müqayisə olunan FHIR milli profilləri əsasında milli interoperabellik standartlarına malik olmaqla danılmaz liderə çevirir".
