Anura Kumara Dissanayake Prezident İlham Əliyevə məktub ünvanlayıb

Siyasət Materials 2 İyun 2026 17:00 (UTC +04:00)
Anura Kumara Dissanayake Prezident İlham Əliyevə məktub ünvanlayıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayake Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və xalqınıza öz adımdan, eləcə də Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan dərin məmnunluğumu ifadə edirəm.

Şri-Lanka ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin və sıx əməkdaşlığın daha da genişlənməsi böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, böyük uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbər lenti

Xəbər lenti