Denis Beçiroviç Prezident İlham Əliyevə məktub ünvanlayıb

Siyasət Materials 2 İyun 2026 14:16 (UTC +04:00)
Denis Beçiroviç Prezident İlham Əliyevə məktub ünvanlayıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

"Zati-aliləri.

Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin davamlı tərəqqisi ilə bağlı ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin hər iki ölkənin qarşılıqlı mənafeləri naminə bundan sonra da inkişaf edəcəyinə səmimi olaraq əminliyimi bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti