Azərbaycanda qravimetrik tədqiqatlar aparılacaq

İqtisadiyyat Materials 2 İyun 2026 14:52 (UTC +04:00)
Azərbaycanda qravimetrik tədqiqatlar aparılacaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda Azərbaycanın şimal hissəsində geoloji hazırlıq işləri aparılır. Həmçinin ikiölçülü (2D) seysmik və qravimetrik tədqiqatların aparılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində "Gran Tierra Energy" şirkətinin prezidenti və baş icraçı direktoru (CEO) Qari S. Qidri bildirib.

Onun sözlərinə görə, məlumatlarda mövcud boşluqlara baxmayaraq, əldə olan bütün geoloji məlumatların maksimum şəkildə istifadə edilməsi mühüm əhəmiyyət daşıyır.

Qidri qeyd edib ki, ilk qazılan quyular geoloji məlumatların əldə edilməsi və rezervuarların xüsusiyyətlərinin dəqiqləşdirilməsi üçün istifadə olunur ki, bu da sonrakı qazma mərhələlərində xərclərin azaldılmasına imkan verir.

Nümunə olaraq o, şirkətin Ekvadordakı təcrübəsini göstərib. Həmin ölkədə geoloji tədqiqatların genişləndirilməsi və yeni işlənmə müqavilələrinin bağlanmasından sonra müsbət nəticələr əldə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti